Dünyanın ilk qəzeti 1609-cu
ildə Almaniyada nəşr olunan "Ovusa" adlı qəzetdir. Əslində qəzetlərin tarixi e.ə 59 ilində Roma Senatı
tərəfindən, Roma xalqını döyüşlər və ya siyasi inkşaflardan xəbərdar etmək
məqsədiylə nəşr olunan "Acda Diurna" ya və ya Tang Xanədanlığı
dövründə Çində nəşr olunan saray namələrinə qədər çatır. Ancaq,
Ovusan onlardan fərqli olaraq, günümüzdəki qəzetlər
kimi "periodik" olaraq nəşr olunan ilk qəzet olmuşdur.
John
Carolusun məsulu olduğu Ovusa həftəlik olaraq nəşr olunurdu.
1609-cu
ildə, Fransanın Strasbourg şəhərində "Relation" adlı bir qəzet daha
nəşr olunmuşdur ki, bu qəzetin nüsxələri bu gün Almaniyadakı Heidelberg Universitetində
saxlanılır.
Ədəbiyyatdakı bir başqa araşdırmaya görə;
1605-ci ildə Belçikanın Anvers şəhərində
"Nieuwe Tijdingen"
adlı bir qəzet nəşr olunmuşdur. İki ayda bir, Fransızca və almanca olaraq nəşr olunan bu qəzet, kimi qaynaqlara görə dünyanın ilk qəzeti hesab edilə bilər.
Azərbaycanda 1832-ci ildə
"Tiflis əxbarı" qəzeti və 1845-ci ildə "Zaqafqazski
vestnik" qəzetinə "Qafqazın bu tərəfin xəbəri" adlı azərbaycanca
buraxılan əlavə milli mətbuatın yaradılması istiqamətində atılmış ilk addımlar
olmuşdur. Lakin həmin nəşrlər sözün əsl mənasında hələ qəzet adlandırıla
bilməzdi.
Milli mətbuatımızın
bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin
nəşri ilə qoyuldu. Azərbaycan dilində işıq üzü görən bu ilk mətbu orqanın
1877-ci ilin 29 sentyabrına qədər 56 sayı işıq üzü görüb. Qəzet ayda iki dəfə
300-400 tirajla nəşr olunub. Bütün Qafqazda
böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan
milli maarifçilik hərəkatının banilərindən biri Həsən bəy Zərdabi idi. Qəzetin
ərsəyə gəlmisində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov,
Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olmuşdur.
Bu gün iyulun 22
tarixi Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd edilir.
Bu gün
peşə bayramını qeyd edən hər kəsi təbrik edirəm.
Mövzu ilə əlaqədar Maraqlı faktlar
Mövzu ilə əlaqədar Maraqlı faktlar