«Əgər mən şəri görmürəmsə,
onun haqqında eşitmirəmsə və danışmıramsa deməli ondan müdafiə olunmuşam»
Şər haqqında ideya -
«görməməzlik» (Mi-dzaru), «eşitməməzlik» (Kika-dzaru) və «danışmazlıq» (İva-dzaru).
Buddizm simvollarını əks etdirən üç meymunun təsviri. “Heç nə eşitmirəm, heç nə görmürəm, heç nə danışmıram”
Bəzən bu sıraya dördüncü
meymun – Sen-dzaru (“şər işlər görməmək” prinsipini simvolizə edən meymun) əlavə
edilir. O isə qarnını əlləri ilə örtmüş
kimi təsvir olunur.
Simvol kimi meymunların seçilməsi yapon dilindəki söz
oyunu ilə əlaqədardır. Belə ki, “heç nə eşitmirəm, heç nə görmürəm, heç nə
danışmıram” ifadəsi yapon dilində “mi-dzaru, kika-dzaru, iva-dzaru” kimi
səslənir. “Dzaru” sonluğu isə dildəki “meymun” sözünə uyğun gəlir.
“Üç meymun” heykəlini Nikko şəhrindəki qədim sintoist
ziyarətgahının (Tosyequ) girişində görmək olar.
Simvolun yaranmasını daha çox
Kosin adlı inancla əlaqələndirirlər.
Bənzər ifadə Konfutsinin “Lyun Yuy” adlı kitabında da
var: “Düzgün olmayana baxma, düzgün olmayanı dinləmə, düzgün olmayanı demə,
düzgün olmayanı etmə”. “Heç nə eşitmirəm, heç nə görmürəm, heç nə
danışmıram” bu ifadənin sadələşdirilmiş forması olması ehtimalı da var.
Üç meymun təsvirindən Somali yubiley sikkələrində,
İraq, Tacikistan və Yeni Kaledoniyanın poçt markalarında istifadə olunub.
Günümüzdədə bir çox hadisələrə şərh vermək üçün bu ifadədən yaxud da təsvirdən istifadə edilir.