Wednesday 16 May 2012

Wall Street`dən olan pinti ifritə




     Henrietta Green (Hetty Green) dünyanın ən varlı qadını (1916) və dəhşətli dərəcədə pinti olması ilə məşhurlaşmışdır. Hətta pintiliyinə görə Ginnesin rekordlar kitabına düşmüşdür. Wall Street`də kifayət qədər təsiretmə gücünə sahib olan ilk amerikalı qadın olmuşdur.


Monday 7 May 2012

Paypal təsisçilərindən Peter Thiel təhsil haqqında


“Mən ali təhsili sabun köpüyü hesab edirəm, üstəlik klassik bir köpük. Köpük biz elə bir şeyə deyə bilərik ki, onun mənası şişirdilib və bununla belə hamı ona inanır.
Invesitisiya satıcıları kimi, universitetlərdə sizə “gələcəyinizə sərmayə”qoymağı təklif edir. Ama əksər hallarda ali təhsil – boş vaxt və pul itkisi, dörd il müddətinə uzanan adi şənlikdir. Hovuzu olan böyük ev almaq kimidir – bu sərmayə qoymaq deyil, istehlakçının qərarıdır.


Friday 4 May 2012

Ordan-burdan #1

Henri Matisse "Qayıq"

Deməli belə, biri var idi, biri yox idi.
Günlərin bir günü, sərin mehli yaz səhəri idi. Yuxudan durmaq istəmirdim. Amma durdum. 

Çünki durğuzdular. 
Çünki dərsə getmək lazım idi.
Çünki dərsə gecikməmək lazım idi.
Çünki qayda-qanunlara əməl etmək lazım idi. 
Çünki belə olmalı idi.