Sunday 22 July 2012

İlk qəzetlər və Milli Mətbuat günü


Dünyanın ilk qəzeti 1609-cu ildə Almaniyada nəşr olunan "Ovusa" adlı qəzetdir. Əslində qəzetlərin tarixi e.ə 59 ilində Roma Senatı tərəfindən, Roma xalqını döyüşlər və ya siyasi inkşaflardan xəbərdar etmək məqsədiylə nəşr olunan "Acda Diurna" ya və ya Tang Xanədanlığı dövründə Çində nəşr olunan saray namələrinə qədər çatır. Ancaq, Ovusan onlardan fərqli olaraq, günümüzdəki qəzetlər kimi "periodik" olaraq nəşr olunan ilk qəzet olmuşdur.


Thursday 12 July 2012

Umberto Eco - The Name Of The Rose


 
The Name Of The Rose (ital. Il nome della rosa) - Italyan yazıçısı, Boloniya universitetinin professoru Umberto Ekonun ilk romanıdır. İlk dəfə 1980-ci ildə nəşr olunub.
1986-cı ildə romanın motivləei əsasında film çəkilib. Rejissoru Jan-Jak Anno olan bu film dəfələrlə mükafat almasına baxmayaraq Eko filmdən narazı olub. Ondan sonra heç bir əsərinin ekranlaşdırılmasına icazə vermiyib. 


Saturday 7 July 2012

Pin-up və ya ideal qadın rəsmləri



30-cu illərin məhşur böhranından zərərçəkmiş “LİFE” jurnalı özü üçün  yenilik etdi. Jurnalın növbəti nömrəsi üz qabığında cazibədar bir qadın rəsmi ilə nəşr edildi. Bunun jurnalın məzmununun heç bir aidiyyatı olmamasına baxmayaraq, ideya uğurlu oldu və bu rəsmlər daha da məhşur oldu.


Thursday 5 July 2012

Qabriel Qarsia Markesin ölümqabağı məktubu


Əgər Allah mənə bir az da ömür bəxş etsəydi, hər düşündüyümü söyləməz, ancaq hər söylədiyimi mütləq düşünərdim. Hər şeyə dəyər verərdim, verdiyim dəyərə dəydikləri üçün deyil, ifadə edildiyi üçün... 
Az yatardım, daha çox yuxu görərdim. Çünki bilirəm ki, gözlərimi
zi yumduğumuz hər dəqiqədə işıqdan 60 saniyə məhrum qalırıq. 

Başqaları dayananda mən yeriyərdim, başqaları yatanda mən oyanardım. Danışan hər kəsi dinləyərdim. 


Sunday 1 July 2012

Bir dəqiqə durun və düşünün

İndi bir dəqiqə durun və düşünün, həyata nə qədər hakimik? 

İyirmi dörd saat içində tam fərqli əhval-ruhiyyə. Səhər qalxarkən mız mız uşaq, köynəyi geyib masaya oturarkən da böyük bir adam.