“Əgər Allah mənə bir az da ömür bəxş etsəydi, hər düşündüyümü söyləməz, ancaq hər söylədiyimi
mütləq düşünərdim. Hər şeyə dəyər verərdim,
verdiyim dəyərə dəydikləri üçün deyil, ifadə edildiyi üçün...
Az yatardım, daha çox yuxu görərdim. Çünki bilirəm ki, gözlərimi
zi yumduğumuz hər dəqiqədə işıqdan 60 saniyə məhrum qalırıq.
Gözəl bir şokaladlı dondurmanı ləzzətlə yeyərdim.
Əgər Allah mənə bir qədər də ömür bəxş etsəydi, sadə geyinərdim.
Allahım, əgər bir qəlbim olsaydı, bütün nifrətimi bir buzun üzərinə yazıb, günəşin çıxmasını gözləyərdim.
Allahım, bir parça ömrüm olsaydı, bir dəqiqəmi belə insanları sevdiyimi onlara
söyləmədən keçirməzdim, eşqə aşiq olaraq
yaşayardım.
İnsanlara aşiq olmaqdan əl çəkdikləri üçün qocaldıqlarını,
yaşlandıqdan sonra aşiq olmaqdan çəkindikləri üçün yanıldıqlarını sübut
edərdim.
Bir uşağa qanad verərdim, ancaq uçmağı öyrənməyi öz ixtiyarına buraxardım.
Qocalara ölümün yaşla deyil, unutqanlıqla gəldiyini söyləyərdim.
Ey insanlar, sizdən o qədər şey öyrəndim ki... Heç kəs əsl xoşbəxtliyini sıldırım qayaları
dırmaşarkən yaşadığını
anlamır, hər kəs dağın zirvəsində yaşamaq istəyir. Uşaq ilk dəfə ayaqlarını yerə basanda atasının əllərinin ona hər zaman dəstək olacağını anlamağa
başlayır.
Sizdən o qədər çox şey öyrəndim ki, ancaq təəssüflər olsun ki, mən öyrəndiklərimi çamadanda saxlayanda özüm ölmüş olacağam.
Həmişə hiss etdiklərini
söylə, düşündüklərini et. Əgər səni bu
gün son dəfə yatmış vəziyyətdə görsəydim, səni bərk-bərk
qucaqlayardım və
Allaha sənin üçün dua edərdim.
Əgər sənin son dəfə bu qapıdan çıxdığını görsəydim,
sənə sarılardım, səni əzizləyərdim. Əgər son
dəfə sənin səsini eşitsəydim, sonradan dəfələrlə
eşitmək üçün səsini qeyd edərdim. Əgər səni
son dəfə gördüyümü bilsəydim, laqeyd-laqeyd üzünə
baxmaz, sənə “səni sevirəm“ deyərdim.
Hər zaman üçün bir sabah var və həyat
bizə daha gözəl işlər görmək üçün fürsət
verir. Əgər bugünkü fürsət əlimdəki son fürsətdirsə, sənə səni nə qədər çox
sevdiyimi və səni heç vaxt unutmayacağımı söyləmək istərdim.
Nə gənc üçün, nə də qoca üçün sabah olacağına təminat
yoxdur. Bu gün sevdiklərini son dəfə görə bilərsən. Ona görə də çox
gözləmə, işini bu gün gör. Əgər sabah bir daha gəlməsə, bir
gülümsəmə, bir qucaqlaşma, bir öpüş üçün vaxt ayıra bilmədiyin
və sevdiklərinin istəklərini yerinə
yetirmədiyin üçün çox peşman olarsan.
Sevdiklərinə
yaxın ol. Onlara olan ehtiyacını etiraf et. Onlar üçün zaman ayır.
Dostlarına onların sənin üçün nə qədər əhəmiyyətli olduqlarını göstər“.