İyirmi dörd saat içində tam fərqli əhval-ruhiyyə. Səhər qalxarkən mız mız uşaq, köynəyi geyib masaya oturarkən da böyük bir adam.
Günorta yeməyində üsyankar şəxsiyyət, fasilə saatında isə azad bir insan. Məktəb də dərs və imtahanlarla boğuşan minlərlə uşaq və gənc. Hədəflər, xəyallar, istəklər....istəklər. Yorğunluqlar arasında özünə zaman ayırmağı unudub köhnəlməyə üz tutmuş insanlar. Bəzən özünü robot kimi hiss etdirən anlar.
Özümüzü bu yorucu axışa çox qapdırmışıq.
Kiçikkən qırılan bir oyuncağına kədərlənən insan övladı böyüdükcə daha böyük kədərlərə məruz qala bilir. Eşq, iş, ailə, yoldaş, dost nə varsa bəzən özümüzdən çox onları düşünürük...
"Niyə belə" deyə beyni yormaq yerinə, isti bir çay götürüb müsbəti düşünmək heç ağılımıza gəlmir?
Sevinmək, deyib-gülmək, xoşbəxt olmaq... özünüzü bundan niyə məhrum edəsiz ki?
Qəbul edək pessimizm ən böyük vərdişdir.
Mən deyirəm ki, "Bir dəqiqə durun və düşünün".
Bəzən ölməyəcək qədər yaşamağı çox şişirdirik.
No comments:
Post a Comment