Thursday, 12 July 2012

Umberto Eco - The Name Of The Rose


 
The Name Of The Rose (ital. Il nome della rosa) - Italyan yazıçısı, Boloniya universitetinin professoru Umberto Ekonun ilk romanıdır. İlk dəfə 1980-ci ildə nəşr olunub.
1986-cı ildə romanın motivləei əsasında film çəkilib. Rejissoru Jan-Jak Anno olan bu film dəfələrlə mükafat almasına baxmayaraq Eko filmdən narazı olub. Ondan sonra heç bir əsərinin ekranlaşdırılmasına icazə vermiyib. 


“Qızılgülün adı” intellektual postmodernizmin və XX əsr ro­mançılığının ən parlaq nümunələrindən biri, Umberto Eco ya­radıcılığının kulminasiyasıdır. Bu romanda müasir fəlsəfi fikrin bəşəriyyətə bəxş etdiyi bir çox düşüncə nemətləri, – ikili qiy­mət­­ləndirmədən, Mərkəzin kənar üzərində, Mütləqin nisbi qar­şı­sında, Həqiqətin həqiqətlər üzərində, əminliyin şübhə qar­şı­sında, ehkamın təhlil üzərində ağalığından imtina, patiş, inter­tekstuallıq, semiotika və s. kimi anlayışlar əyaniləşərək, “Biz bu­yuq!” dedi.

Bu o romanlardandır ki, ədəbiyyatı sevməyənlər belə, ümumi dün­yagörüşün inkişafı naminə onu oxumalıdırlar. Çağdaşımız olan böyük Qərb mütəfəkkirinin qələmindən çıxmış böyük Qərb mə­də­niyyətinin bəhrəsi olan bu roman ünlü nəzəriyyəçilərin və dünya oxucularının alqışını qazanıb, yazılmasından 30 ildən ar­tıq vaxt ke­çir, hələ də fəlsəfi ədəbiyyatı sevənlərin diqqət mər­kəzindədir.