Termin olaraq
bu söz İngilis dilinə 1941 –ci ildə
daxil olmuşdur. Lakin
buna baxmayaraq terminin mənşəyi 1890-cı illərə qədər uzanır. "Pin up" şəkilləri əksərən jurnallardan və ya qəzetlərdən kəsilmiş şəkillər
yaxud da açıqca, divar təqvimləri formasında olurdular. Uzun müddət reklamlarda da yer alan bu qızlar
dövrünün ən məhşur manekenləri, aktrisaları yaxud da müğənniləri olurdu.
Bu qızlar arasında Betty Grable daha çox seçilirdi. Onun təsviri olan rəsmlər ikinci dünya müharibəsi dövründə amerikalı əsgərlər arasında çox yayılmışdı.
Bədii olaraq pin-up isə, cazibədar və gözəl bir qadının necə olması lazım olduğuna dair görünüş verən ideal qadın şəkilləridir. Bu tip ideal qadınların ilk nümunələrindən biri, Charles Dana Gibson tərəfindən yaradılıb və Gibson qızı kimi tanınıb. Bənzər simaları hətta Disney-in istehsalı olan cizgi filmlərində də görmək olar.