“Mən ali təhsili sabun köpüyü hesab edirəm, üstəlik
klassik bir köpük. Köpük biz elə bir şeyə deyə bilərik ki, onun mənası
şişirdilib və bununla belə hamı ona inanır.
Invesitisiya satıcıları kimi, universitetlərdə sizə
“gələcəyinizə sərmayə”qoymağı təklif edir. Ama əksər hallarda ali təhsil – boş
vaxt və pul itkisi, dörd il müddətinə uzanan adi şənlikdir. Hovuzu olan böyük
ev almaq kimidir – bu sərmayə qoymaq deyil, istehlakçının qərarıdır.
Biz hesablama aparmağa çalışdıq, bu hesablamanın nəticəsinə
əsasən amerika universitetlərinin 70-80%-i təhsilə sərmayədən müsbət effekt yarada bilmirlər. Hətta müəyyən dərəcədə bu effektin nəzərə çarpdığı ən yaxşı
unversitetlərlə nisbətdə belə, bu sual yerinə düşər: “onların tələbələri ali təhsil almasaydılar nə dərəcədə müvəffəqiyyətli
olardılar?” bu o anlama gəlmir ki, qabaqcıl universitetlər sadəcə olaraq istənilən
halda müvəffəqiyyət qazanacaq istedadlı
insanları seçir?!
Mən məsləhət vermək istəmirəm. Lakin mən məktəbi bitirmiş universitetə qəbul
olan və hazırlaşanlara demək istiyirəm
ki, ali təhsilin mahiyyəti barədə düşünsünlər – umumiyyətlə təhsilin məqsədi nədi
və o hara aparır, bu olduqca vacibdir. Mən Stenford universitetində hüquq
fakultəsində oxuduğumu xatırlayıram, bu yolu həqiqətən keçmişəm və 24 yaşımda təhsili
bitirmişəm – buna görə peşman deyiləm. Amma ötən illərdə ali təhsilin qiyməti
çox artdı və əgər mənə yenidən universitetə daxil olmaq lazim olsa idi, bu barədə
qərar vermək çox çətin olardı. Pradoksaldır, lakin bu gün təhsil gələcək
haqqında düşüncələrdən qaçamağın üsuludur: düşünmək, fikirləşmək və qərar vermək
əvəzinə sən universitetə gedirsən və bu fikirləri sonraya saxlıyırsan.”
Peter Thiel amerika təhsili və təhsildə kreditlər haqqında danışırdı. Bizdə
problemlər fərqlidir amma çıxarış demək olar ki, eyni...
Ödənişli ali təhsil müəssisələri qiymətləri artırır, məcburi hərbi xidməti
isə yalnız universitetə qəbul olmaqla təxirə salmaq olar. Bununla yanaşı bizim
təhsildə olan islahatlar da elə bu kreditlərin və digər amerikan problemlərinə
doğru gedir.
Təhsilin sovet üsulu texnoloji olaraq köhnəlib. Istənilən testi google-un
köməyi ilə həll etmək olar, istənilən məruzəni, hesabatı wikipediyadan səhifəni
çap etməklə hazırlamaq olar. Bütün bunlardan əlavə hazırda özünüinkşaf etdirmə,
fərdi öyrənmə və onun interaktiv formaları təqdim olunur.
Universitetə ərizə verməzdən əvvəl düşünün, xüsusəndə əgər hansı istiqamətdə
gedəcəyinizi bilmisinizsə.