Friday, 4 May 2012

Ordan-burdan #1

Henri Matisse "Qayıq"

Deməli belə, biri var idi, biri yox idi.
Günlərin bir günü, sərin mehli yaz səhəri idi. Yuxudan durmaq istəmirdim. Amma durdum. 

Çünki durğuzdular. 
Çünki dərsə getmək lazım idi.
Çünki dərsə gecikməmək lazım idi.
Çünki qayda-qanunlara əməl etmək lazım idi. 
Çünki belə olmalı idi. 



                                         ********
Dünən rminin bloqunu oxuyurdum... Darıxdığımı hiss elədim. Həmdə çox. 
Darıxdığım tək o deyil, baxçadan tanıdığım sinif yoldaşım Könül üçündə darıxmışam. Axrıncı dəfə balaca qızını görməyə gedəndə görmüşəm. 
Çox əvvəllər bağda olanda səhər yuxudan duran kimi yelləncəyə qaçdığım zaman üçün də darıxmışam.
 
                                        *******
Bir zamanlar Panamaya gedəcəyimə dair söz vermişdim. Bu Panama məsələsi necə kəşf olunduğu yadımda deyil, heç mənim niyə söz verdiyim də yadımda deyil. Amma olub belə bir şey.
 
                                        *******
ribədir. Son bir neçə ayda eyni mahnılara təkrar-təkrar qulaq asıram. 
 
                                        *******
1961-ci ildə Henri Matisse-in "Qayıq" (Le Bateau) adlı rəsm əsəri  Londonda  müasir incəsənət muzeyində nümayiş etdilib. Amma muzey işçiləri kiçicik bir səhvə yol veriblər, nəticədə bir aya yaxın əsər başı aşağı asılı qalıb. Bu müddətdə artıq 116 minə yaxın insan rəsm əsərinə tamaşa etmiş olub.



No comments:

Post a Comment