Parisdə cəmi 2 səhifəsi olan “Duz və İstiot” adlı həftəlik qəzet nəşr olunurdu. Yemək vaxtı qəzet oxumaq kimi vərdişləri olan adamlar üçün nəzərdə tutulan bu qəzetləri xüsusi, sukeçirməz kağızda çap edirdilər.
* * *
“The New York Times”, qəzetdə yerləşdirilən reklamın həcminə, əməkdaşlarının qazandığı mükafatların sayına görə rekord qazanıb. Başqa bir rekord isə məhz “The New York Times”da işləyən George Merie ilə bağlıdır. Belə ki, o amerikalı həmkarları arasında ən uzun saqqal sahibidir (66,5sm).

ABŞ-da “Ən son xəbərlər” adlı “saatlıq” qəzetlər çıxırdı. Qəzetin ilk oxucuları “Pan-Amerikan” aviaşirkətinin hər saat Vaşinqton və Nyu-York xəttindən istifadə etməli olan sərnişinlər olurdu.

20 yaşlı jurnalist Bill Coiland Sarasota (Florida ştatı) şəhər qəzetində hava haqqında məlumatı şer formasında nəşr edirdi.

“Boston Globe” qəzetinin 12 aprel 1912-ci ilə aid olan nömrəsi London hərracında 304$-a satılıb. Həmin nüsxədə Titanikin batması haqqında xəbər yerləşdirilmişdi.

“News” qəzetinin 17 may 1921-ci ilə olan nömrəsi kağız çatışmazlığına görə kətan üzərinə çap edilmişdi. Qəzetdə belə bir yazıda yerlədirilmişdi: Qəzeti qoruyun, onlardan bizdə azdı!

1786-cı ildə “Zeitung für städte, flecken und dörfe” qəzetində ilk dəfə oxucu məktubu dərc olunmuşdu. Sonradan məktubun müəllifinin qəzetin əməkdaşı keşiş Berns olduğu məlum olmuşdu.

“Kelnische Zeitung” adlı alman qəzetinin 4 may 1817-ci il nömrəsinin baş səhifəsi tamamilə boş çıxmışdı. Naşir Markus Dumon bununla dövlət senzurasının artması əleyhinə öz etirazını bildirmişdi.