Friday, 3 February 2012

Eve Arnold






Ötən ay Londonda məhşur fotojurnalist Eva Arnold vəfat etdi. Fotolarının əsas qəhramanlarının kubalı balıqçılar, afrikalı qaçqınlarla yanaşı, Hollivudun məhşur ulduzları və dünyanın aparıcı siyasətçilərinin də olduğu bir fotoqraf.
Marliyn Monroe  (by Eve Arnold)


Müharibədən sonrakı dövrlərdə rəsmi olmasa da fotojurnalistikanın əsas simalarından biri sayılırdı. Haqlı olaraq xəbər fotojurnalistikasının yaradıcılarından hesab olunur. Evenın Merlin Monro ilə xüsusi bağlılığı var idi. Hətta onun portretlərindən ibarət bütöv bir albom nəşr etdirmişdi. Fotoqraf ulduzları ən gözlənilməz anlarda çəkdiyi fotolarla təccübləndirirdi. Bununla bərabər onun Yohanessburqun gecəqondularından, Havananın bordellərindən və hətta Moskvanın ruhi xəstəxanalarından etdiyi fotoreportajları da var.

Eva Koen Filadelfiyada 1912-ci ilin aprelində dünyaya gəlib. 16 yaşında Nyu-Yorka köçüb və orada fotolaboratoriyada işə düzəlib. 1948-ci ildə dizayner Arnoldla ailə həyatı qurub. Eva, Harper’s Bazaar adlı jurnalın art-direktoru olan Aleksey Brodoviçin yanında fotoqraf sənətini öyrənib. 1961-ci ildə ailəsi ilə birlikdə İngiltərəyə köçüb. Qısa müddətdə ailənin dağılmasına baxmayaraq, daha amerikaya qayıtmayıb.

Müsahibələrinin birində o, belə deyirdi: “Məndə bir çox süjetlər təkrarlanırdı. Mən kasıb idim – və mən yoxsulluğu göstərmək istiyirdim. Məni siyasət maraqlandırırdı, məndə onun həyatımıza necə təsir etdiyini görmək istiyirdim. Və nəhayət, mən qadınam və başqa qadınlar haqqında daha çox şey bilmək istiyirdim”.

Eva 1957-ci ildən Magnum Photos agentliyinin ilk qadın üzvüdür. Bir çox fəxri ad və mükafatlara laiq görülüb. Ən son 2010-cu ildə Sony World Photography Awards müsabiqəsinin fəxri mükafatını qazanıb.



Albomları
§  The Unretouched Woman, 1976.

§  Flashback: The 50’s, 1978.

§  In China, 1980.

§  In America, 1983.

§  Marilyn for Ever, 1987.

§  Marilyn Monroe: An Appreciation, 1987.

§  All in a Day’s Work, 1989.

§  The Great British, 1991.

§  In Retrospect, 1995.

§  Film Journal, 2002.

§  Handbook, 2004

Fotolara burdan baxmaq olar.