Saturday, 7 January 2012

Uncle Sam???

Sam Dayı
         

Uzun ağ saçlı, bir az fərqli, xəttli şalvarlı, uzun şapkalı bir karikatura...  ABŞ-ın simvolu halına gələn Sam Dayı fiqurunun haradan qaynaqlandığı dəqiq məlum deyil ama bəzi rəvayətlər vardır əlbəttəki))
Belə ki, onun  Nyu-York ştatının Troy şəhərində yaşamış Samuel Wilson adlı bir iş adamıyla bağlı olduğu deyilir.


 Sam Dayı 1767  New Yorkda dünyaya gəlmiş ət satmaqla məşğul olan  bir adamıdır. Yaxşı necə oldu ki, da bu iş adamı Amerikanın simvolu oldu?1812 Döyüşündə Wilson, onu Amerika ordusunda müfəttişi olaraq təyin etdi. Əsas vəzifəsi, ordu üçün toplanan ətləri təftiş edib üzərinə "EA-US" damğası vurmaq idi. "EA",tədarükçü Elbert Anderson  "US" - ABŞı ifadə edir. Əsgərlərin çoxu,vedrələrin üzərindəki US'nin mənası soruşanda müfəttişin adını göstərdiyini deyirmişlər: Uncle Sam (zarafat mənasında Sam Dayı) ... Bu ləqəb döyüş illərində yayıldı və sonunda ABŞ hökuməti bunda istifadə etdi. Sam Dayı sonralar 1832-ci ildə ABŞ bayrağındakı ulduzlarla birlikdə siyasi karikaturalarda görsənməyə başladı.
... Və Sam Dayı 1854 öldü....
1870-ci ildən sonra Sam Dayı fiquruna son görünüşünü verən ABŞlı ilk rəssam Tomas Nast hesab olunur. James Montgomery Flagg'in I. Dünya Müharibəsində əsgər toplamaq məqsədi ilə hazırladığı, altında I Want You (ingiliscə: Sizi İstiyirəm) yazılmış Sam Dayı afişaları hətta II Dünya Müharibəsidə də istifadə edildi  20. əsrin ən çox Tanınan Sam Dayı şəkillərindən biri oldu.



No comments:

Post a Comment