Saturday, 21 January 2012

Share Moments, Share Life

İnsanlar foto çəkməyi, çəkdirməyi, ən xoş anlarını (əksər hallarda) 4künc bir çərçivəyə sığdırmağı  çox sevirlər. Lakin indiki rəqəmsal texnologiyanın imkanlarından yararlanmaq üçün onlar çox əziyyət çəkiblər. 


132 il əvvəl Corc Eastman bir şirkət qurdu. Elə bir şirkət ki, 132 il ərzində insanlara şəkillərinə anında, filmlərə isə səsli və rəngli baxmaq imkanını verdi. İlk dəfə insanları rəqəmsal fotoapparatla tanış etdi. Hətta istəyənlərin internetdə foto yükləməsi və paylaşması üçün  "Kodak Picture Network"u təqdim etdi. 100 illiyində satışları 10 milyard dollar sərhədini keçməsinə baxmayaraq həmin şirkət indi müflisləşmənin bircə addımlığındadı. Səbəbsə çox sadə, bu qocaman şirkətin inkşafla ayaqlaşa bilməməsi. "Qlobal maliyyə böhranı"ndan sağ-salamat çıxan Kodak Conon, HP kimi şirkətlərlə rəqabətə davam gətirə bilmədi. Şirkətə ən böyük zərbə isə fotokameralı mobil telefonların istehsalı oldu. 

Wal-Mart Stores, Target, Best Buy, Amazon.com, SonyStudios, Warner Brothers, Disney Studios, Paramount Studios və Nokia kimi şirkətlərə borclu olan Kodak kreditorlardan müdafiə barədə ərizə verib.  Şirkətin sadəcə tarixdə bir səhifə olub 1-2 ildən sonra bütün fəaliyyətinin 1 cümlə ilə ifadə olunmasını qətiyyən istəmirəm





P.S. "Share Moments, Share Life" kodakın 1990-cı ildə istifadə etdiyi bir şüardır.




No comments: