Saturday, 14 January 2012

Love is...


Love is...
      ...deciding on what is correct instead of finding out who is right!
      ...cooking him dessert when you are on a diet.
      ...telling that her new dish is really delicious, even if it`s not so.
      ...loosing appetite






Love is... bir balaca uşaqlığıma qayıdıb bu saqqızları yadıma salmaq istədim. Demək olar ki, bütün mağazalarda satılan  köhnə pulla cəmi 100 manata olan bu saqqızlar elə o vaxtki, bütün 100 manatlıq saqqızlar kimi şirin meyvə dadı verirdi. Ama bu saqqızların büküldüyü o kiçicik kağızlarda maraqlı komikslər olurdu. İndi satılıb satılmadığını bilmirəm. Ama o vaxt  hamı bu saqqızlardan çıxan o komiksləri yığırdı. Hamı deyəndə bu daha çox qızlara aid idi...

Deməli belə... bu uşaqlığımın vaz keçilməzi içərisində məzəli şəkillərin olduğu saqqızları Türkiyənin  Dandy Sakiz ve Şekerleme San. şirkəti istehsal edirmiş. Həmin o şəkilləri isə britaniyalı Bill Asprey çəkirmiş. Amma onun bu saqqızlardan ümumiyyətlə xəbəri yoxdu. 

Evdə uzun axtarışlardan sonra həmin o şəkillərdən bəzilərini tapdım. Ama onların vəziyyəti elədə ürəkaçan deyildi...  










No comments:

Post a Comment