Saturday, 31 December 2011

2011 yekunu

2011 son 5 ilin ən uğurlu, ən yaddaqalan ili oldu desəm yanılmaram... 




Nəhayət, bu il universitetə, qrupumuza azda olsa uyğunlaşa bildim, yeni-yeni insanları "kəşf etdim", tənbəlliyimi və səbrsizliyimi idarə etməyi öyrəndim :)

Bacıma 4 ildi rəsmən borclu olduğum 2 manatı yenədə qaytarmadım ( növbəti ildədə bunu etmək fikrim yoxdu), az-çox limonlu günlər keçirdim, "soxulcan"ı torpağa gömdüm.

Bu il ən çox eşitdiyim "işləmirsən"((c) Ülvi Həsənli), "evə gec gəlirsən"((c) Hacıyeva İ.İ.), "Qoşulmusan o dəstəyə, tanıyıramda onları"((c) İ.H.), "Oxumursan"((c) S.B.), "Uka, kinoya gedək?" ((c) M. Lacivərd) oldu.

Bu il ən çox qələmlərimi itirdim, ən çox vaxt çatışmazlığı yaşadım, ilin son 3 ayında bütün dərslərimi avtobusda oxudum, "Çudo Peçka"nın ən çox smit alan müştərisi oldum :), ən az metrodan istifadə etdim (xüsusəndə "20 qəpik" siyasətindən sonra), ən eşşək müəllimlərlə qarşılaşdım, ən çox istədiyim adama sillə vurdum....

Mənim üçün İlin Tapıntısı isə AGT oldu. Ən çoxda buna sevindim.... 
Bu qədər... Daha maraqlı və uğurlu illərə...


No comments:

Post a Comment