Sürətlə gedən bir avtomobilin şüşəsindən çölə baxırsan. Hər şey gözlərinin qarşısından axıb keçir. Göz bəbəklərin gördüklərini izləməyə çalışmaqdan yorulub. Yolun iki yanında meyvə bağları var. Tək-tük evlər… Uzaqlara baxdıqca solğun rəngli təpələri, dağları görürsən.
