Thursday, 17 January 2013

Somerset Moem "Ay və qara qəpik"


"Fələyin dəyirmanı asta üyüdür, ancaq usta üyüdür.


..Belə asan başa gələn xoşbəxtlik məni qorxudurdu. Mən təhlükələrlə dolu bir həyat arzulayırdım. Qoy yoluma sualtı qayalar, keçilməz maneələr çıxsın, mən buna hazıram, təki ömür belə yeknəsəq keçməsin, qoy qəfil sevinclər, qəfil hadisələr çıxsın qarşıma."


Somerset Moem "Ay və qara qəpik" əsərindən



Romanda bütünlüklə özünü sənətə vermiş insanın ya­rat­maq eşqi, Ay kimi əlçatmaz dahilik işığı və onunla mü­qa­yisədə bir qara qu­ruşa dəyməyən bayağı var-dövlət meş­şanlığı üz-üzə qoyulur. Əsər dahi fransız rəssamı Pol Qogenin həyatına improvizasiyadır.

Dahi və xudpəsənd, alicənablıq və rəzillik, istedad və qəd­darlıq – eyni bir şəxsdə bu sifətlərin olması mümkün­dür­mü? Dahiliklə əc­laflıq bir araya sığa bilərmi? Sənətkar yaşadığı cəmiyyətin əxlaq qa­nunları ilə hesablaşma­lı­dır­mı? “Yaradıcı adamın içində bir iblis də var” – bu deyim doğrudurmu? Görkəmli ingilis nasiri S.Moem kitabda bu prob­lem­­ləri bədii bir dillə açıqlayır.

Pol Qogenin rəsmlərindən