Prinsiplərdən biri – mükəmməl bir məhsulun
yaradılmasında kütlə çalışmamalıdır.
Apple, Google, Amazon şirkətlərinin uğuru haqqında dəfələrlə danışılmış,yazılar yazılmış və hətta ekranlaşdırılmışdır, onların yaradıcıları isə əfsanəyə çevilmişlər. Ama çox az sayda adam onların yanında olmaq, onlara işləmək barədə düşünüb. Bu yaxınlarda həmin şirkətlərin keçmiş işçilərin tərəfindən kitab çap olunmuşdur. Belə ki, həmin kitabda onlar özlərinin Steve Jobs, Jeff Bezos, Larry Page və Sergey Brin ilə birgə işləmələri barədə fikirlərini bölüşüblər.
Ehtiras və onların dünyanı dəyişməyə göndərildiklərinə
inam, - budur həmin insanları birləşdirən.
Məhz bu inamla onlar öz həmkarlarını yoluxdururlar. Iş üçün gələnlərdən
yalnız iki şey tələb olunur: istifadəçiyə fokuslaşmaq və işi 100% yerinə yetirmək.
Bütün işçilərdə elə bir hiss var idi ki, sanki onlar yeni bir dünya
yaradırdılar və bu hiss onlara hərdən ağlasığmaz bir tələblərin öhdəsindən gəlməyə
kömək edirdi. Bununla bərabər kreativik və yaradıcılıq nəinki xoş qarşılanırdı,
buna təşviq edilirdi. Jey Elliot özünün The Steve Job`s Way kitabında yazır ki, Steve Jobs
ilk Mac Jobs kompyuterinin istehsalı zamanı bütün işçilərdən adlarının onun
arxa panelində qeyd olunmasını xahiş etmişdi – necə ki, rəssmlar öz əsərlərində
adlarını qeyd edirlər.
Mikromenecment – indiki texnoloji imperiyaların sahiblərinin heç vaxt
utanmadıqları şey deyil. Heç nə heç vaxt mənasız olmur deyə, Jobs və Bezos
düşünür. Jobs tez tez deyirdi: “Mən məhsulam. Alıcı məni qutudan çıxaranda nə
baş verir?” Bezos isə amazondan alınan məhsulların qablaşdırılması üsulunu
yaşlı bir qadının qutunu açmasında çətinlik çəkdiyi barədə etdiyi şikayətdən sonra
tamamilə dəyişməyə məcbur etmişdir.
Google şirkətində detallara diqqət isə kod adı TGİF olan işçilərlə
görüşlər zamanı ortaya çıxdı. Bu görüşələr zamanı bütün işçilərin çıxış etmək
imkanı var idi. Jobs başqa bir yanaşmanı
seçdi: o istənilən zaman hər hansı bir işçi stoluna yanaşa bilər və işçinin nə
üzərində işlədiyi və niyə bunu etdiyi barədə soruşa bilərdi. Çox vaxt cavab ya
tənqid olurdu, hətta bəziləri onun ideyalarını özünükü kimi qələmə verirdi.
Ümumiyyətlə, bu cür hadisələrlə qarşılaşmaq üçün birinci növbədə həmin
şirkətə düşmək lazım idi. İlk yaranan
dövrdən hər üç şirkət işçiləri üçün ən yüksək kriteriyaları müəyyən etmişdi. Belə
ki, Google-da müsahibəyə düşmək üçün əvvəlcə SAT və GPA testlərindən keçmək
lazım idi ki, bu testlərin nəticələri çox yüksək olmalı idi. Amazon-da ən aşağı
pozisiya üçün belə bir çox test və yoxlamalardan keçmək tələb olunurdu. Jobs
qeyd edirdi ki, yalnız birinci dərəcələri oyunçuları seçməklə şirkət yüksələ
bilər. Hətta bircə ikinci dərəcəli oyunçu bütöv şirkətin işinə xələl bilər.
Göründüyü kimi ortabab işçilərə bu şirkətlərdə yer yoxdu. Lakin, hətta “ulduzlara” belə şirkətdə özünü rahat hiss etməyə imkan verilmirdi: Google şirkətinin HR siyasətinin əsası da elə işçilərinin uğurlarını hiss etməyə imkan verilməməsi idi. Amazonun işçisi danışırdı ki, onun qovulma səbəbi müştərilərə orta hesabla dəqiqədə 12 məktub göndərməli olduğu halda məktub sayının 7-yə enməsi olmuşdur.
Demək olar ki, bütün idarəçilər qeyd edirlər ki, mükəmməl bir məhsulun
yaradılmasında kütlə çalışmamalıdır. Steve Jobs əvvəlcədən müəyyən etdiyi 100-dən
az işçini digər işçilərdən təcrid etmişdir. Məhz bu qrup əvvəlcə Macintoshun
daha sonra isə iPad, iPhone və iPad-ın hazırlanmasında işləmişdir. Amazondan Bezos
iki pizzanın formuluna inanırdı. O, hesab edirdi ki, yeni məhsul istehsal edən
insanları yedirtmək üçün iki pizza kifayətdir. Ən sadə ierarxiya Google-da idi:
yuxarıda Brin və Pagedən ibarət olan komanda, aşağıda isə bütün qalanlar. "I’m Feeling Lucky: Confessions of Google Employee Number 59" kitabında Dug Edvards şirkətin
işlədiyi prinsipləri qeyd etmişdir.
Üç əsas qayda:
- · ideyalar şirkətdə yaşdan və pozisiyadan əsasdır
- · hökm etmək vacib deyil, özünün işi etmən daha tez başa gəlir
- · əgər əlavə dəyər gətirməyəcəksənsə, heç kimin qarşısını kəsmə.