Sunday, 11 March 2012

Dünyanın ən qısa və ən gözəl romanı



Bunu facebookda təsadüfən gördüm. Çox bəyəndim. 

YASİR ƏRƏFATIN VƏSİYYƏT MƏKTUBU:
"Əziz dostlar! Mən sizin hamınıza nifrət edirəm. Amma biz işimizi görək. Nəhayət ki, gözlədiyiniz gün gəldi - mən artıq ölmüşəm. Hamınızı bu münasibətlə təbrik edirəm. Doğrudan da, hamınızın yerinə sevinirəm. Mümkündüsə, CNN-ə, BBC-yə xəbər verin ki, mən İsrail qoşunlarının Paris hərbi qospitalını bombalaması nəticəsində həlak olmuşam. İnanarlar…


Arvadım Suxoya ildə 23 min yevro və Parisdəki İsrail işğalçılarına nifrət etməyi vəsiyyət edirəm. Arvadım Suxonu isə öz növbəsində aranızdakı ən cəsur və qorxmaz kişiyə vəsiyyət edirəm. Bu adam kimdir - özünüz həll eləyin.
İsveçdəki "Fələstin-İmperial" bankındakı hesablara gəlincə… mənim heç vaxt elə hesablarım olmayıb. Çünki bankın sahibi elə özüməm! Açarlar Dahlandadır. O da açarları sizə verməyəcək. Onu zəhərləməyə cəhd eləyin. Sizə uğurlar.
Balaca Məhəmməd! İlan balası, səni nə qədər çox sevdiyimi bilirsən! Amma sən çox bilirsən və buna görə də sən ölməlisən. Zarafat eləyirdim. Sənə ağıllı, varlı və həyatsevər olmağı arzulayıram.

Yosi Beylini böyük bacım Fərruxəyə vəsiyyət edirəm. Onu qoru və gündə iki dəfə tüklərini darayarsan. Əgər çətinlik çəksən, mənim dostum Peresə müraciət elə. O, səni darda qoymaz. O, ancaq sənə xəyanət edə bilər. Bu isə o qədər də qorxulu deyil. "Şalom Axşav"ı ildə iki dəfə rezidensiyada qəbul edib, əllərini tutub, sədaqətlə gözlərinin içinə baxmaq lazımdır. Onlar bunu xoşlayırlar. İsraili bombalayanda çalışın, Şimali Təl-Əvivdən yan keçəsiniz. Onlar bunu da xoşlayırlar. Onları çox qorxutmarsınız, adama şəəpi və İsrailin səhər qəzetlərini gətirərlər. Zəbt edilmiş torpaqların onda birini birinci arvadıma - Fələstin İnqilabına vəsiyyət edirəm. Əgər o hələ ərə getməyibsə

Bu əclaflar sülhün əvəzinə nə versələr, onu "İslam cihad"ı, HƏMAS, FƏTH, Tənzim dəstələri arasında bölüşdürməyi vəsiyyət edirəm. Müsəlman qanunları ilə mənə mənsub olan 72 hərəmimi öz varisim Əbu-Mazenə vəsiyyət edirəm. Qoy o bu hədiyyədən mümkün qədər çox və tez istifadə eləsin. 
Hə, bir də. Mənim zirzəmimdə hələ ötən qışdan Fələstin Azadlığı Xalq Cəbhəsinin iki rəhbəri yatır. Onlardan birini Fələstin Qaçqınlarına Beynəlxalq Yardım Təşkilatının Şxem şöbəsinin rəisinə verin. O, bir ildi ki, humanitar məsələlər üzrə referent axtarır. İkincisini isə güllələyin, çünki onu kimə verəcəyimi bilmirəm.

Vəssalam. Qurğunu məndən ayırın".