Bu kitab – dəhşətli
həqiqəti görməsi üçün bəşəriyyətin gözünü açmağa cəhddir. “Həqiqət isə ondan
ibarətdir ki, biz müstəqil ölkə və müstəqil xalq deyilik və heç vaxt da müstəqil
olmamışıq, çünki bizi həmişə gözəgörünməz hökumət – “Üçyüzlər komitəsi”
idarə edib”, – kitabın yazarı, Böyük Britaniya Xüsusi Xidmətinin keçmiş
zabiti Con Koleman yazır.
Təxribatın miqyası dəhşətə
gətirir: dövlət, maliyyə-iqtisadi, təhsil və digər ictimai institutların
hamısı ələ keçirilərək sərt nəzarət altına alınıb. Üstəlik, total nəzarət
təkcə ictimai miqyasda həyata keçirilməyib, həm də hər bir şəxsin fərdi
şüuruna nəzarət səviyyəsinə çatdırılıb.
Kitab, sadaladığı faktlarla
oxucunu dəhşətə gətirir, bu gün dünyada baş verən qlobal hadisələri, içində
olduğumuz prosesləri anlamaq üçün ona yeni imkanlar yaradır. Çıxış yolu
isə sirli və qara niyyətli “Üçyüzlər komitəsi” təşkilatının birbaşa öz
nəzarəti altına almağa çalışdığı bizlərin hər birimizin öz əlindədir.
Qanun nəşriyyatı
Qanun nəşriyyatı